Fərid Hüseyn dünya yazarlarının görüşünə qatılıb

ferid-huseyn-dunya-yazarlarinin-gorusune-qatilib
Oxunma sayı: 1081

Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 54-cü Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, builki görüşə Amerika, Yunanıstan, Fransa, Almaniya, Rumıniya, İtaliya, Çexiya və başqa ölkələrinin ən ünlü yazıçı və şairlərinin qatılıb. Dünyanın ədəbi gündəmində olan aparıcı məsələlər – nəşriyyat, poliqrafiya, poeziya, yayım hüquqları, tanıtım, ədəbi inteqrasiya, sürət əsrində bədii sözün imkanları və s mövzularda görüşlər, kitab təqdimatları, şeir gecələri keçirilir.

Builki tədbir Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin 250 illiyinə həsr edilib.

Tədbirlə bağlı çap olunan topluda F.Hüseynin bioqrafiyası və şeirləri işıq üzü görüb, eyni zamanda ötən ildən nəşri planlaşdırılan antologiyada da gənc şairin şeirləri yer alıb.