FHN-in bölük komandiri yol qəzasında öldü

fhn-in-boluk-komandiri-yol-qezasinda-oldu
Oxunma sayı: 641

Şəmkir rayon Polis Şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva bildirib ki, "VAZ 21 015" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan FHN-in xüsusi riskli xilasetmə dəstəsinin bölük komandiri Elçin Yaşar oğlu Rzayev dünyasını dəyişib.

FHN-in digər əməkdaşı, gizir Emin Məzahir oğlu İsgəndərov ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.