FİFA-dan Türkiyə klubuna sərt cəza

FİFA-dan Türkiyə klubuna sərt cəza
Oxunma sayı: 965

FİFA Türkiyənin “Manisaspor” klubunu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, dünya futbol qurumu hazırda 2-ci liqada mübarizə aparan bu komandanın hesabından 6 xalının silinməsi barədə qərar çıxarıb. Artıq Türkiyə Futbol Federasiyası Manisa klubunu bu qərarla bağlı xəbərdar edib.

Cəzaya isə “Manisaspor”un Portuqaliyanın “Benfika” klubuna olan transfer borcunu vaxtında ödəyə bilməməsi səbəb olub.
Hazırda -1 xalı olan sözügedən komandanın yeni cəzadan sonra -7 xalı olacaq.

Xatırladaq ki, “Manisaspor”un bu mövsümün əvvəlində sabiq futbolçusu Stanislav İvanskiyə olan borcunu ödəmədiyinə görə də 6, həmçinin lisenziyalaşdırma prosesindən keçə bilmədiyi üçün əlavə 3 xalı silinmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi