FİFA son qərarını açıqladı - 48 komanda olacaq

fifa-son-qerarini-aciqladi
Oxunma sayı: 640

Dünya çempionatı yarışları 2026-ci ildən etibarən 48 komandanın iştirakı ilə oynanacaq.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, FİFA Almaniyanın Sürix şəhərində baş tutan iclasda çoxdan gözlənilən qərarı açıqlayıb.

Yeni qərara əsasən 2026-cı ildə təşkil olunacaq dünya çempionatına 16 qrupda 3 komanda olmaqla 48 ölkə qatılacaq.

Təşkilata qatılacaq komandaların sayı isə belə olacaq:

Avropadan 16 komanda

Afrikadan 9 komanda

Asiyadan 8 + 1 komanda (1-i təsnifat mərhələsində oynayacaq)

Cənubi Amerikadan 6 komanda

Şimali Amerikadan 6 + 1 komanda (1-i təsnifat mərhələsində oynayacaq)

Okeaniyadan 1 komanda

Ev sahibi 1 komanda.