Fransa səfirliyi qarşısında aksiya

fransa-sefirliyi-qarsisinda-aksiya-
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, aksiya iştirakçıları “Rədd olsun Fransa!”, “Fransa Minsk qrupu həmsədrliyindən çıxarılsın!”, “Soyqırımı Türkiyə yox, Fransa törədib”, “Fransa+Ermənistan =Rəzalət!” və digər şüarları səsləndirib, plakat, Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar. Aksiyanın bəyanatı səfirliyə təqdim olunub. Bəyanatda deyilir: Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı tanımayanlara cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməsi beynəlxalq qanunlara, insan və söz azadlıqlarına zidd addımdır. Fransa bu hərəkəti ilə Türkiyə, bütün türk və islam dünyasına düşmən mövqedə olduğunu nümayiş etdirmişdir. Fransa açıq-aydın ermənipərəst mövqe göstərir və erməni yalanlarını müdafiə etməkdən çəkinmir. Bu qanun heç bir hüquqa, faktlara, reallığa əsaslanmır və Türkiyəyə qarşı təzyiq məqsədi güdür. Fransanın ermənipərəst mövqeyi, erməni yalanlarını müdafiə etməsi onun qərəzli olduğunu bir daha göstərir və ATƏT Minsk qrupunun həmsədri kimi fəaliyyətini mümkünsüz edir. Bütün bunları nəzərə alaraq həsab edirik :
1. Azərbaycan hakimiyyəti Fransa ilə bütün istiqamətlərdə münasibətlərə yenidən baxmalı, bütün əlaqələrə son qoymalıdır.
2. Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyəti dayandırılmalı, Azərbaycan öz səfirini Fransadan geri çağırmalıdır.
3. Azərbaycanda Fransa mallarına boykot elan olunmalıdır.
4. Azərbaycan Türkiyənin Fransaya qarşı tətbiq edəcəyi bütün sanksiyalara qoşulmalıdır.
5. Fransa Minsk qrupunun həmsədrliyindən dərhal kənarlaşdırılmalıdır.