Fransada xəstəxanada bomba həyəcanı

fransada-xestexanada-bomba-heyecani
Oxunma sayı: 796

Fransanın Dyunkerk şəhərində xəstəxanalardan birində bomba həyəcanı yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tibb müəssisəsində müalicə alan qadın pasientlərdən biri xəstəxanada bomba partladacağını deyib. Onun təhdidindən sonra bina təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb, əraziyə polis, hərbçilər və yanğınsöndürənlər cəlb edilib. Hadisənin digər təfərrüatları barədə məlumat yoxdur.

Aysel Kərimova