Gəncə “Avropanın İdman Şəhəri” tituluna namizəddir

gence-avropanin-idman-seheri-tituluna-namizeddir
Oxunma sayı: 1122

“Artıq Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakteri daşıyır. Cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq, ölkəmiz dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib. O qeyd edib ki, idman ölkənin regionlarında da diqqət mərkəzindədir:

“Gəncədə də idman siyasətinin düzgün qurulmasını bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız  hər il müxtəlif  idman növləri üzrə keçirilən yarışlarda, turnirlərdə uğurlu nəticələr əldə edirlər. Nailiyyətlər həm də Gəncənin ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu nümayiş etdirir.  Bu da haqlı olaraq qədim şəhərin “Avropanın İdman Şəhəri” tituluna namizədliyini irəli sürməsinə təkan verir.

İnanırıq ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı titulunu daşıyan Gəncə 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu da fəxrlə  daşıyacaq, bu şərəfli missiyanın öhdəsindən uğurla gələcək”.