Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

gencede-qadini-vurub-olduren-surucu-hadise-yerinden-qacdi
Oxunma sayı: 2290

Gəncə şəhərində yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeyd alınıb. Markası və sürücüsü məlum olmayan avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynova S. adlı qadını vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli