Gənclərə həbs cəzası verildi

genclere-hebs-cezasi-verildi
Oxunma sayı: 638

“Media forum” xatırladır ki, mitinqin qətnaməsi oxunandan sonra aksiyada konsert proqramı başlamış, ancaq az sonra “Bulustan” adlı rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaratmış, polislər repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlını tutmuşdu.

“Musavat.com”un məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Vəkil Anar Qasımlı deyib ki, gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunublar.