Genişmiqyaslı təlimlər başladı - 23 minə yaxın şəxsi heyət qatılıb

genismiqyasli-telimler-basladi
Oxunma sayı: 679

İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.