Göygöl polisinə yeni rəis təyin olundu

goygol-polisine-yeni-reis-teyin-olundu
Oxunma sayı: 7903

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. 

“Qafqazinfo”nun məlumatına görə, nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub. Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat haqda məlumatı “Qafqazinfo”ya təsdiqləyib.

Murad Əhməd