Günel özünə klip çəkdi

gunel-ozune-klip-cekdi-
Oxunma sayı: 748

“Qafqazinfo”nun məlumatına görə, müğənni Günel Məhərrəmova uzun fasilədən sonra pərəstişkarlarına yeni klipini təqdim edəcək. Müğənninin prodüseri Səbuhi Arifin verdiyi məlumata görə, ekran işinə rejissorluğu Günelin özü edib: "Günel özünü rejissor kimi sınadı. Çünki universitetdə bu ixtisas üzrə təhsil alıb. Qobustanda, Bayıl qəsəbəsində yerləşən köhnə zavodda və paytaxtın istirahət məkanlarının birində çəkilişləri aparılan ekran işi hazırda Rəşad Həsənov tərəfindən montaj olunur. "Ruhum sənlə" adlanan mahnının söz və musiqisi Tunar Rəhmanoğluna, aranjemanı Rəşad Bağırova aiddir.

Ekran işinin operatoru Elçin Abbasovdur. Günel klipdə tərəf müqabili ilə çəkilsə də, görüntülərdə daha çox özü görünəcək. Əminəm ki, tamaşaçılar onun çəkdiyi zəhmətə layiqincə qiymət verəcəklər".