Güzgülü keçidin inşası başa çatıb

guzgulu-kecidin-insasi-basa-catib
Oxunma sayı: 1823


“Qafqazinfo” Azvision.az-a istinadən xəbər verir ki, 4 giriş-çıxışı olan keçiddə 5 iri güzgü quraşdırılıb.Üç giriş 6 eskalatorla təchiz olunub. Ancaq eskalatorlar işlək olmadığından piyadalar pilləkənlərlə enib-qalxmalı olurlar. 

"Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin dediyinə görə, obyekt rəsmi olaraq istismara verilmədiyindən eskalatorlar hələlik işləmir.

 Yeraltı keçidin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü 3 metrdir.