Hakimi söyən futbolçuya ağır cəza

hakimi-soyen-futbolcuya-agir-ceza
Oxunma sayı: 1802

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.  “Qafqazinfo” xəbər verir ki, iclasda I divizionun II turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərar verilib.  

"Keşlə-2" və "Sumqayıt-2" klubları arasında keçirilən görüşün 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanıb,  klub 320 manat cərimə olunub. 

Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub,  hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.