Hava hücumundan müdafiə qoşunlarının təlimləri başladı

hava-hucumundan-mudafie-qosunlarinin-telimleri-basladi
Oxunma sayı: 848


"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.