“Heç birini indiyədək sınaqdan çıxarmamışıq” - Qriqorçuk

hec-birini-indiyedek-sinaqdan-cixarmamisiq
Oxunma sayı: 643

“Şansımızın birdən çox olduğunu düşünürəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasında səfərdə Polşa təmsilçisi “Yagelloniya” ilə matçdan öncə keçirilən mətbuat konfransında deyib.

Ukrayalı mütəxəssis komandasının oyuna hazır olduğunu deyib:

“Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. İstənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq. Bir neçə variantımız var. Lakin, onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq”, - deyə o bildirib.

Qriqorçuk “Qəbələ”nin cavab matçında daha aqressiv və hücum futbolu oynayacağını söyləyib:

“Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.

Qeyd edək ki, “Yagelloniya” – “Qəbələ” görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.