Helikopter dənizə düşdü - Video

helikopter-denize-dusdu
Oxunma sayı: 2542

Meksikanın Santa-Klara körfəzində helikopter dənizə düşüb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə zamanı helikopterdə 12 nəfər olub.

Onlar Sahil Mühafizə Xidmətinin gəmiləri vasitəsilə xilas ediliblər.

Məlumata görə, helikopterdəkilər qanunsuz balıq ovuna qarşı körfəzdə müşahidə aparırmış.

Hadisənin səbəbi araşdırılır.