Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Video

Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı
Oxunma sayı: 1815

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi parada qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

“Qafqazinfo” xəbər verir ki, paradı canlı yayımlayan GNN kanalının şərhçiləri hərbiçilərimizin keçidi zamanı maraqlı addım atıblar. Onlar əsgərləri Azərbaycan dilində salamlayıblar. 

Şərhçilər “Pakistana xoş gəlmisiz. “Yaşasın Azərbaycan, Pakistan! Yaşasın Azərbaycan – Pakistan qardaşlığı” deyə bildiriblər.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi