İcazəsiz ov edən 2 nəfər saxlanıldı

icazesiz-ov-eden-2-nefer-saxlanildi
Oxunma sayı: 987

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2018-ci il tarixində Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.