İctimai Palata Güneydəki zorakılaqları pisləyir

ictimai-palata-guneydeki-zorakilaqlari-pisleyir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda Urmiya gölünün qurudulması ilə bağlı onun ətrafındakı bölgələrdə ekoloji fəlakətin yaranmasını və bölgədə yaşayan 10 milyondan çox insanın öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qala biləcəyindən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri qeyd edirlər ki, gölün qurudulması ilə bağlı yerli əhalinin və Güney Azərbaycandakı soydaşlarımızın etirazı təbiidir və onların fədakar mübarizəsi vətəndaşlarda qürur hissi yaradır.
Koordinasiya Şurası güneyli soydaşlarmızın haqlı davasını dəstəklədiyini bildirir, dinc etiraz aksiyaçılarına qarşı İran hakimiyyət qüvvələrinin tətbiq etdiyi zorakılıqları pisləyir, həbs olunanların tezliklə azad olunmasını tələb edir, dünya dövlətlərinin və beynəlxalq təşkilatların bu məsələni daima diqqət altında saxlamasını məqsədəuyğun sayır.

Fatimə Kərimli