İdmançımız dünya çempionu oldu

idmancimiz-dunya-cempionu-oldu
Oxunma sayı: 1562

Türkiyənin Alanya şəhərində pankration və MMA idman növləri üzrə dünya çempionatı keçirilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, “Neftçi İdman Klubu”nun yetirmələrindən Əsgər Əsgərov (57 kq) pankration yarışında bütün döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıb.

Klubun digər idmançısı, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Ehtiram Dərişov pankration növündə fəxri kürsünün ikinci, MMA yarışlarında isə üçüncü pilləsində yer alıb.