İki maşın toqquşdu, ölən var

iki-masin-toqqusdu-olen-var
Oxunma sayı: 1074

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, aprelin 25-də saat 10 radələrində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.