“İlham Əliyevdən məktub almışıq...” - Sarkisyana zərbə

ilham-eliyevden-mektub-almisiq
Oxunma sayı: 10092


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sazişi Qazaxıstan, Rusiya və Belarus prezidentləri imzalayıb. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin bu təşkilata bu ilin iyunun 15-nə kimi qatılması ilə bağlı saziş imzalanmasını təklif edib. Hər üç dövlət rəsmisi isə bəyan edib ki, bu məsələyə iyulun 1-nə kimi baxılacaq. Belə ki, Ermənistan İttifaq iştirakçıları qarşısına qoyulan bütün tələblərə əməl etməlidir. 

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Ermənistanın bu ittifaqa qoşulması ilə bağlı saziş ən yaxın zamanda imzalanmalıdır. O həmçinin Qırğızıstanın da bu ittifaqa qoşulması prosesini sürətləndirmək lazım olduğunu əlavə edib. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə çıxışında qeyd edib ki, Azərbaycan Ermənistanın Avrasiya İqtisadi İttifaqına Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlər çərçivəsində qoşula biləcəyi ilə bağlı müraciət edib: “Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzv olduğu, BMT tərəfindən qəbul edilən sərhədlər daxilində qəbul olunmalıdır”.