İlin ən yaxşı rejissoru seçildi

ilin-en-yaxsi-rejissoru-secildi
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, Aflek rejissor kimi özünü sınamaq qərarına gəlib ki, bu da onda çox yaxşı alınıb . Belə ki, onun quruluş verdiyi “Arqo əməliyyatı” filmi “Critics Choice Award” tərəfindən ən yaxşı rejissor işi seçilib. Ben də öz növbəsində ən yaxşı rejissor olub. Düzdür bu uğuru ona “Oskar” üçün nominasiya gətirməyib. Çünki Hollivudun görkəmli rejissoru Stiven Spilberqin “Linkoln” filmi 12 nominasiya üzrə “Oskara” təqdim olunub. Ancaq bununla belə “Arqo əməliyyatı” filmi kritiklərin olduqca xoşlarına gəlib.

Bundan əlavə “Critics Choice Award” ən yaxşı komediya filmi kimi “Mənim sevgilim dəlidir”, ən yaxşı kişi komdeiya aktyoru kimi isə həmin filmin baş aktyoru Bredli Kuperi seçib. Digər nominasiya üzrə isə Kuperin tərəf müqavili Cenifer Lourens ən yaxşı qadın komediya aktrisası seçilib. “Pinin həyatı” filmi isə ən yaxşı vizula effektlər və ən ya yaxşı operator işi nominasiyalarında qalib olub.

Ən yaxşı kişi aktyoru nominasiyasının qalibi “Linkoln” filminin baş qəhrəmanı Deniel Dey-Luis seçilib. Ən yaxşı aktrisa isə “1 nömrəli məqsəd” filminin qəhrəmanı Cesika Çesteyn seçilib.

Kritiklərin bu cür seçiminin “Oskar”da özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək.

İqbal