“İnci Group of Company”dən Qurtuluş gününə özəl veloyürüş - Fotolar

inci-group-of-companyden-qurtulus-gunune-ozel-veloyurus
Oxunma sayı: 4127

“Inci Group of Company” Ofisait mağazalar şəbəkəsi və Fonte velosipedlərinin dəstəyi ilə iyunun 16-da veloyürüş keçirib.

"Qafqazinfo" xəbər verir ki, yürüşdə “Inci Group of Company”nin, “Ofisait” mağazalar şəbəkəsinin əməkdaşları, eyni zamanda bir sıra incəsənət nümayəndəsi də iştirak edib. Veloyürüş Ağ şəhər bulvarında keçirilib və onu uğurla başa vuran iştirakçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Inci Group of Companies MMC” fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb. Alıcılar “Ofisait” şirkətinin brendləri olan “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “FRAUZEN”, “HANSBUR”, “Samuray”, “Zyklen” və digər tanınmış markaların dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin, mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.