“Norveç enerji dayanıqlılığı məsələsində də kömək edəcək” - Zelenski

norvec-enerji-dayaniqliligi-meselesinde-de-komek-edecek
Oxunma sayı: 245

Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.

“Həm Rusiyaya təzyiq göstərməkdə, həm də hücumlarından sonra bərpa işlərində kömək etdiyinə görə Norveçə minnətdaram. Norveç enerji dayanıqlılığı məsələsində də bizə kömək edəcək”, - deyə paylaşımda qeyd edilib.