ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən 29 diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb.
Qeyd olunan diplomatların ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunduqları bildirilir.
Kadr dəyişikliyinin həyata keçiriləcəyi ölkələr Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Uqanda, Fici, Laos, Marşall adaları, Papua-Yeni Qvineya, Filippin, Vyetnam, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdır.
Məlumata görə, səfirlər artıq səlahiyyət müddətlərinin yanvar ayında bitəcəyi ilə bağlı bildiriş alıblar.
Son xəbərlər
Son Xəbərlər