41 yaşında transfer oldu

41-yasinda-transfer-oldu
Oxunma sayı: 981

Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.

Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.