İngiltərə səfirliyinin əməkdaşı təcavüz edilərək öldürülüb

ingiltere-sefirliyinin-emekdasi-tecavuz-edilerek-oldurulub
Oxunma sayı: 2329

İngiltərənin Livandakı səfirliyinin işçisi 30 yaşlı Rebekka Daykes yol kənarında ölü olaraq tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadının cəsədi paytaxt Beyrutda yol kənarında polislər tərəfindən aşkarlanıb. 

Livan mediası ekspertizanın nəticələrinə görə, Daykesin öldürülmədən əvvəl təcavüzə məruz qaldığını, ölüm səbəbinin isə boğulma olduğunu iddia edib.