“iPhone”lar əslində harda istehsal olunur?

iphonelar-eslinde-harda-istehsal-olunur
Oxunma sayı: 5982

“Apple” şirkətinin direktoru Tim Kuk Çin və digər ölkələrlə əməkdaşlığa olan təndiqlərə cavab verib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, o, “iPhone”nun ABŞ-da istehsal olunmamasını düşünməyin düzgün olmadığını deyib:

“Şirkət “iPhone”nun hissələrini ABŞ-da istehsal edir. İnsanlar isə yekun məhsulun üzərində qeyd olunmuş ölkəyə fikir verməyə öyrəşiblər”.

Onun fikrincə yüksək texnoloji cihazların yığılması müxtəlif ölkələrdə reallaşdırılmalıdır:

““iPhone” və “iPad” üçün olan şüşələr ABŞ-ın “Corning” şirkəti tərəfindən Kentukkidə, “iPhone X” üçün olan “Face ID” modulu isə Texasda istehsal olunur. Mikrosxemlər və “iPhone” istehsalı üçün nəzərdə tutulmuş təchizatlar da ABŞ-da hazırlanır. Daha sonra bu komponentlər xarici ölkələrə göndərilir və Çində olan “Foxconn” və “Pegatron” kimi zavodlarda yekun məhsul daxilinə yığılır”.