İradənin ad günüdür

iradenin-ad-gunudur-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, müğənniyə ilk təbrik həyat yoldaşı Ceyhun bəy və 2 yaş yarım olan qızı İpəkdən gəlib. Qeyd edək ki, sənətçinin həyat yoldaşı valideynləri və ailə dostları ilə birlikdə əyləncə məkanlarının birində doğum günü məclisi təşkil edir. O, hədiyyəsinin həmin məkanda təqdim edəcək. “Mənim üçün ailə üzvlərimin, dostlarımın can sağlığı hər şeydən önəmlidir. Ceyhun bəy mənə dəyər verən insandır. Qarşılığını da görür. Qızım İpəyin təbriki də mənə xoş gəldi. Yuxudan oyanan kimi üzümdən öpüb, təbrik elədi. Başa düşdüm ki, ata-bala iki gün öncədən bunları planlaşdırıblar. Ana üçün bundan gözəl nə ola bilər” – deyən İradə İbrahimova eyni ilgini fanatlarından da görməkdədir: “Sag olsunlar. Uzaqda olub, onlarla daha çox virtual əlaqə yarada bilsəm də, ilgiləri tükənməzdir. Bakıdan, başqa ölkələrdə yaşayan fanatlarımdan, eləcə də dostlarımdan saysız təbriklər almaqdayam. Hər birinizə təşəkkürümü bildirirəm”.