İran-İraq sərhədində ardıcıl güclü zəlzələ - Azərbaycanda da hiss edildi

iran-iraq-serhedinde-ardicil-guclu-zelzele
Oxunma sayı: 6421

İran-İraq sərhəd bölgəsində 7,6 maqnitudada yeraltı təkan baş verib.

“Qafqazinfo” Avropa Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkan Bakı vaxtı ilə 22:28-də İranın Sərpol Zəhab şəhərindən 22 km uzaqda baş verib.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Güclü yeraltı təkan  İraq, İran, Türkiyə, BƏƏ və Azərbaycanın cənub bölgələrində də hiss edilib.

Bundan 12 dəqiqə sonra isə 4,6 və 4 bal gücündə daha iki zəlzələ baş verib.

Dağıntılar barədə məlumat yoxdur.

***

Zəlzələ ilə bağlı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qurumdan bildirilib ki, zəlzələ Naxçıvan və Lənkəran ərazisində hiss olunub.