İran saytı İsrail mafiyasının Azərbaycandakı fəaliyyətindən yazdı

iran-sayti-israil-mafiyasinin-azerbaycandaki-fealiyyetinden-yazdi
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, hazırda İsrail mafiyasının 6 üzvünün Azərbaycanda və Ukraynada həbsdə olduğu qeyd edilib. Saytda bildirilir ki, bu yaxınlarda sionist rejimin Milli İnfrastruktur naziri Uzi Landaunun Azərbaycana səfəri həmin şəxslərin məhkəmə prosesinə təsadüf edib. İsrailin insan qaçaqçılığı mafiyasının Azərbaycanda da fəaliyyət göstərməsinə baxmayaraq, İsraillə münasibətlərin pozulmaması üçün bu məlumatların ölkəmizdə gizli saxlandığı deyilir. Bundan başqa, İsrail insan qaçaqçılığı mafiyasının Bakı, Gəncə, Lənkəran kimi müxtəlif şəhərlərdən uşaqları övladlığa götürmək adı ilə onları Fələstinə, oradan da Avropa ölkələrinə qaçırdıqları, sonra isə onların bədən üzvlərini öz yəhudi və avropalı müştərilərinə yüksək qiymətə satdıqları qeyd edilib.

Səidə