İranda 2 deputat həbs olundu

iranda-2-deputat-hebs-olundu
Oxunma sayı: 1351

İranda iki millət vəkili həbs olunub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, Fridun Əhmədi və Məhəmməd Əzizi avtomobil satışı sektorunda vəzifələrindən sui-istifadə ediblər. Hər iki deputat barədə cinayət işi açılıb. 

Əhmədi və Əzizi məhkəmə zalında həbs olunublar. 

Onlar hazırda Tehran Cəza Evindədirlər.