İranda iki nəfəri asdılar

iranda-iki-neferi-asdilar
Oxunma sayı: 652

“Qafqazinfo” Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, adı Məhəmməd Heydəri olan məhkum MOSSAD agentləriylə xaricdə əlaqə quraraq ölkənin müxtəlif təhlükəsizlik və gizli məlumatlarını ötürməkdə ittiham edilib. Kuroş Əhmədi olan ikinci məhkum isə ABŞ Kəşfiyyat Təşkilatı (CIA) ilə əlaqə quraraq ölkə haqqında müxtəlif məlumatları CIA-ya verdiyi səbəbiylə edam qərarına məhkum olunub. Onlar bu gün edam olunublar.

Qeyd edək ki, adı keçənlərin sənədləri tamamlandıqdan sonra Tehran İslam İnqilab Məhkəməsinə göndərilərək edam qərarı Tehran Prokuroru və vəkilləri hüzurunda oxunub. Bu qərar ölkənin yüksək məhkəməsi tərəfindən də təsdiqlənib.


Kəmalə