İranda namizədlərin sayı 3000-i keçdi

iranda-namizedlerin-sayi-3000-i-kecdi
Oxunma sayı: 642

Bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi xəbər verir.

Nəccarın sözlərinə görə, qeydiyyata alınan şəxslərdən 205 nəfəri qadındır.

2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlamentə seçkilərə namizədlərin qeydiyyatına dekabrın 24-dən start verilib. Namizədlərin qeydiyyatı sabah başa çatacaq.

İranda keçiriləcək qarşıdakı seçkilərdə əsas rəqiblər islahatçılar və mühafizəkarlar düşərgələridir. Lakin İranın müxalifyönlü KİV-lərinin məlumatına əsasən, islahatçılar düşərgəsindən bəzi partiyalar, qruplar və şəxsiyyətlər seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.