İranlı qadın ABŞ-da güllələndi

iranli-qadin-abs-da-gullelendi
Oxunma sayı: 666

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 30 yaşlı Gelarə Bağırzadə Hyustonda güllələnib. Yerli telekanallardan birinin verdiyi məlumata əsasən o öldürülən zaman avtomobildə olub və çox güman ki, qatil maşına yaxınlaşaraq ona başından atəş açıb. Qətl baş verən zaman qadının keçmiş sevgilisi ilə telefonla danışdığı deyilir.

Molekulyar-genetik texnologiyalarla məşğul olan Bağırzadə Hyustonda xərçəngin öyrənilməsi üzrə mərkəzin tələbəsi idi. Polis qətlin səbəbinin onun ictimai fəaliyyəti ilə əlaqəli olub-olmamasını hələ dəqiqləşdirməyib.

Səidə