Kapello yığmamızdan danışdı

kapello-yigmamizdan-danisdi
Oxunma sayı: 641

“Qafqazinfo” AzərTAca-a istinadən xəbər verir ki, baş məşqçi öz yetirmələrini görüşün ilk anlarından mütəşəkkil və aqressiv hərəkət etməyə çağırıb.

Kapello azərbaycan ilə qarşılaşmanın asan keçməyəciyini də bildirib: “Mənə belə gəlir ki, siz oyunun asan olacağını düşünürsünüz. Mən belə hesab etmirəm. Əminəm ki, Azərbaycan yığması özünə hörmət tələb edən rəqibdir. Onlar İsraillə heç-heçə oynadılar, lakin uda da bilərdilər. Onlar Portuqaliya ilə görüşdə bir saatdan çox davam gətirdilər. Yalnız son dəqiqələrdə vurulan qollar üzündən böyük hesabla uduzdular. Yeri gəlmişkən, onlar Moskvaya dincəlmiş, güclərini bərpa etmiş vəziyyətdə gələcəklər. Odur ki, oyunun nəticəsini elə ilk dəqiqələrdən, gec-tez qol vuracağıq barədə düşünmədən həll etməyə çalışmaq, lap əvvəldən aqressiv oyun göstərmək, inadkarlıq nümayiş etdirmək lazımdır”.