Kəmaləddin Heydərovla Elçin Quliyev yanğın olan yerdə - Fotolar

kemaleddin-heyderovla-elcin-quliyev-yangin-olan-yerde
Oxunma sayı: 6623

Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olublar.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, helikopterlə əraziyə baxış keçirilmiş, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.