Kevin Brando artıq “Səbail”də

kevin-brando-artiq-sebailde
Oxunma sayı: 2573

“Səbail” növbəti transferini həyata keçirib.
 
“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu Kevin Brandonun keçidini rəsmiləşdirib. Bu barədə klubun Feysbuk səhifəsi məlumat yayıb. Lakin tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə hansısa informasiya verilməyib.
 
Qeyd edək ki, “Səbail” Brandondan öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Vüqar Bəybalayev və ukraymalı İqor Korotetskinin keçidini reallaşdırıb.