Kibrit qutularından narkotik çıxdı

kibrit-qutularindan-narkotik-cixdi
Oxunma sayı: 1006

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonunun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.