Kim Çen In nüvə silahının inkişafından danışdı

kim-cen-in-nuve-silahinin-inkisafindan-danisdi
Oxunma sayı: 1657

Pxenyan ABŞ-a güclü cavab zərbəsi endirməyə hazır olmayanadək nüvə silahını inkişaf etdirməyə davam edəcək.

“Qafqazinfo” “Rönxap” agentliyinə istinadən xəbər verir ki, bunu KXDR-in lideri Kim Çen In bəyan edib.

 “ABŞ cavab olaraq nüvə zərbəsi endirə bilmək üçün hərbi gücümüzü inkişafını davam etdirmək və keyfiyyəti yüksəldilməsinə nail olmaq lazımdır”,- deyə Kim Çen In bildirib.

 O, Şimali Koreyanın məqsədinin ABŞ-la hərbi sahədə balansa nail olmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, KXDR “Xvason – 12” ballistik raketin sınağını keçirib. Kim Çen In sınaqda iştirak edib. Raket Yaponiyanın Hokkaydo adasının üzərindən keçərək Sakit okeana düşüb.