“Komandamda futbola aid heç nə görmədim”

komandamda-futbola-aid-hec-ne-gormedim
Oxunma sayı: 643

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, baş məşqçi rəqib komandanı qələbə münasibəti ilə təbrik edib: “Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi. Emilin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdı. Rəqibin 9 nömrəli futbolçusu yaxşı oynadı (red. – Orxan Əliyev). Futbolçularım rəqibə ciddi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardır, oyun boyu qaçırlar. Bu gün əsas heyətdən üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görə bilmədim. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq”.
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer isə komandasından razı olduğunu dilə gətirib: “Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq. “Neftçi” Avroliqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalıydıq və bunu bacardıq. 2:0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq”.

Xatırladaq ki, bu oyunda “Neftçi” “Sumqayıta” 2:3 hesabı ilə məğlub olub.