Bakıda yeni il gecəsi baş verən oğurluq hadisəsinin üstü açılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nərimanov rayonunda yanvarın 1-də gecə saat 01 radələrinə Bakı sakini 1964-cü il təvəllüdlü Mahmud Ağamalıyevin evindən oğurluq edilib. Oğru binanın damından balkona düşərək oradan evə keçib. Evdən 10 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Samir Əzməmmədov saxlanılıb. Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər