Liviyada kütləvi məzarlıq aşkar edildi

liviyada-kutlevi-mezarliq-askar-edildi
Oxunma sayı: 642

Binalardan birində 50-dən çox cəsəd tapılıb. Onların xəsarətlərinin xarakteri zorakılıqla ölümə xasdır. İlkin dəyərləndirmələrə görə, tapılan meyitlər Müammər Qəddafinin öldürülmüş tərəfdarlarına aid ola bilər.

“Orada 50-dən çox cəsəd var idi. Biz onları NATO təyyarələrinin zərbələrindən ciddi ziyan görmüş binadan tapdıq. Öldürülənlər arasında qadınlar və uşaqlar da var. Bu, dəhşətdir. Hələlik biz bütün cəsədləri çıxara bilməmişik. Bunun üçün xüsusi texnikaya ehtiyac var”, - təşkilatın nümayəndəsi bildirib.

Xatırladaq ki, hüquq müdafiəsi təşkilatları bir müddət əvvəl Sirtdə daha bir kütdəvi məzarlıq aşkarlamışdılar. Otellərdən birində 267 cəsəd tapılmışdı. Ekspertiza nəticəsində onların başlarına açılan atəşlə qətlə yetiriblər. Ən çox ehtimal olunan versiyalardan biri yeni hakimiyyətin tərəfdarlarının Müammər Qəddafini müdafiə edən və son anadək təslim olmaq istəməyən şəhər sakinləri ilə hesablaşmasıdır.