Lotoreya oğruları tutuldu

lotoreya-ogrulari-tutuldu
Oxunma sayı: 645

Dekabrın 14-ü saat 17:00 radələrində metronun «20 Yanvar» stansiyasında Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Abdulov Bakı şəhər sakini Kənan Paşayevin işlədiyi köşkdən 76 ədəd lotoreya biletini oğurladığı üçün Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.


Dekabrın 13-ü saat 19:00 radələrində Şəhər şossesi Balaxanı döngəsində naməlum avtomaşın Ağcabədi rayon sakini Zəminə Cəfərəvanı vurub, piyada hadisə yerində ölwb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləiri nəticəsində hadisəni idarə etdiyi «VAZ 2107» markalı avtomaşınla törədən Bakı şəhər sakini İlqar İsmayılov tutulub.


Noyabrın 23-nə keçən gecə A.Manafov küçəsində yeləşən, Ramella Şahhüseynovaya məxsus mağazadan qapını sındırma yolu ilə noutbuk, danışıq kartları və tütün məmulatları oğurlanıb. Nizami RPİ CAŞ və 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən Bakı şəhər sakinləri Taleh Mustafayev və Zaur Quliyev noyabrın 30-da tutulublar. Aparılan istintaq araşdırmaları zamanı məlum olmuşdur ki, saxlanılan Taleh Mustafayev Xətai rayonu ərazisində eyni mağazadan ayrı-ayrı vaxtlarda 3 dəfə oğurluq edib.

Belə ki, o, avqustun 4-nə keçən gecə Mənsur Abdinova məxsus, 2944-cü məhəllədə yerləşən mağazadan qapını sındırma yolu ilə 50 cüt ayaqqabı və DVD, oktyabrın 6-na keçən gecə eyni mağazadan 25 cüt ayaqqabı və nəzarət aparatının manitorunu, noyabırın 5-nə keçən gecə isə 12-cüt ayaqqabı və manitor oğurlayıb.