Mahir ona gələn təkliflərlə bağlı qərarını verdi

mahir-ona-gelen-tekliflerle-bagli-qerarini-verdi
Oxunma sayı: 6616

“Qarabağ”ın futbolçusu Mahir Emreli İspaniya və Türkiyə klublarından gələn təkliflər haqqında açıqlama verib.

“Qafqazinfo”ya danışan futbolçu hələlik “Qarabağ”da qalacağını bildirib:

“Mənə gələn təklifləri Qurban Qurbanovla və Rəşad Sadıqovla məsləhətləşdik. Belə qərar verildi ki, ən azı qışa qədər “Qarabağ”da qalım”.

Qeyd edək ki, Mahir İspaniya Sequnda təmsilçiləri “Ekstramadura”, “Malaqa” və Türkiyənin “Trabzonspor” klubundan təkliflər almışdı.