“Marsel” və “Atletiko”nun taleyi hollandlara tapşırıldı

marsel-ve-atletikonun-taleyi-hollandlara-tapsirildi
Oxunma sayı: 1198

Futbol üzrə Avropa Liqasının final oyununun hakimləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Marsel “Olimpik”i (Fransa) və “Atletiko” (İspaniya) arasında baş tutacaq həlledici qarşılaşma hollandiyalı hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona həmyerliləri Sander van Rokel və Ervin Zeynstra kömək edəcəklər. Köməkçi hakimlər Denni Makkeyl və Paulus van Bokel olacaqlar. Polşalı referi Şimon Marçinyak isə matçın ehtiyat hakimi təyin edilib.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 16-da Lionda keçiriləcək.