Masallıda istirahət mərkəzində ağac aşdı - 1 nəfər öldü + Fotolar

masallida-istirahet-merkezinde-agac-asdi
Oxunma sayı: 5765

Bakıdan Masallıya istirahətə gedən bir ailə bədbəxt hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, istirahət mərkəzlərindən birində ağac avtomobilin və kotecin üstünə aşıb.

Hadisə zamanı avtomobildə heç kim olmasa da, ağac yaxınlıqda duran ailə üzvlərindən birinin üzərinə aşıb. Ağır xəssarət alan həmin şəxs xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.