Matçdan sonra mənzərə - Zibil yığını + Foto

matcdan-sonra-menzere
Oxunma sayı: 883

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Kopenhagen”ə 1-0 qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, matçı 30 mindən çox azarkeş Tofiq Bəhramov adına Respublika stadionunda izləyib.

Bir neçə min nəfər də stadionun kənarında bilet axtarışında olub.

Minlərlə insan istifadə etdiyi plastik su qabları və digər qida tullantılarını küçəyə atmağa üstünlük verib. Nəticədə isə ortaya xoşagəlməz mənzərə çıxıb.

Fotoqraf Rəsul Kərimovun stadionun qarşısında çəkdiyi fotoda minlərlə plastik su qabları və digər tullantıların olduğu zibil yığını görünür. Sosial şəbəkədə bir çoxları azarkeşləri günahlandırsa da, bəziləri də əraziyə zibil qutularının az qoyulmasından şikayətlənib.

Fərid Ədalət